DÜKANIM
Başlayın

Quraşdırma xidməti

Mağazanı sizin üçün quraq

Vaxtınız yoxdursa və ya özünüz etmək istəmirsinizsə — məhsullarınızın şəkillərini göndərin, qalanını biz edək.

79,00 ₼birdəfəlik

Plan abunəsi ayrıca ödənilir.

Nələr daxildir

  • Loqo və brend rəngləri

    Loqonuz varsa yerləşdiririk, yoxdursa sadə loqo hazırlayırıq.

  • Şablon seçimi və quraşdırma

    Mağazanıza uyğun şablonu seçib ana səhifəni qururuq.

  • 10 məhsula qədər əlavə

    Şəkil, qiymət, təsvir və kateqoriyaları biz yazırıq.

  • Çatdırılma və ödəniş

    Çatdırılma tarifləri və qapıda ödəniş üsulları qurulur.

  • Məlumat səhifələri

    Haqqımızda, çatdırılma, qaytarma mətnləri sizin sözlərinizlə yazılır.

  • Onlayn kart ödənişi üçün yol göstərmə

    Bankla necə müqavilə bağlayacağınızı addım-addım izah edirik.

Kartla ödəniş

Kartla ödənişi necə qəbul edə bilərsiniz

DÜKANIM.AZ ödənişləri emal etmir və satışlarınızdan faiz götürmür — pul birbaşa sizə gedir. Müştəriləriniz qapıda nağd ödəyə, bank köçürməsi edə və ya WhatsApp üzərindən razılaşa bilər. Kartla onlayn ödəniş istəsəniz, bunu öz adınıza bankla qurursunuz:

  1. 1. VÖEN və bank hesabı

    Sahibkar kimi qeydiyyatdan keçin və biznes hesabı açın.

  2. 2. Öz domeniniz

    Banklar adətən mağazanın öz domenində olmasını istəyir (PRO və BUSINESS planlarında qoşula bilər).

  3. 3. Banka müraciət

    Kapital Bank və digər yerli banklar onlayn ödəniş (e-commerce) xidməti verir. Sənədləri təqdim edib müqavilə bağlayırsınız.

  4. 4. Bizə xəbər verin

    Müqavilə hazır olanda ödəniş sistemini mağazanıza qoşuruq.

Bu addımlarda yol göstərmək quraşdırma xidmətinə daxildir.

Öz domeniniz lazımdır?

Hər mağaza pulsuz adiniz.dukanim.az ünvanı ilə açılır. .com, .store kimi öz domeninizi almaq istəsəniz, Marov Studio üzərindən ala və PRO planda mağazanıza qoşa bilərsiniz.

Domen axtarın

Müraciət edin

Formu doldurun — sizinlə əlaqə saxlayıb nə lazım olduğunu dəqiqləşdirək.

WhatsApp nömrəniz olsa daha yaxşı.

Müraciət pulsuzdur — ödəniş yalnız razılaşdıqdan sonra alınır.

Özünüz qurmaq istəyirsiniz? Pulsuz hesab yaradın — panel addım-addım yol göstərir.